
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən məşhur milyarder İlon Mask Ukrayna Prezidenti Vladimir Zelenskini "qəddarlıq və qeyri-insanilik"də ittiham edib.
Yeniavaz.com xəbər verir ki, İlon Mask bu fikirləri iki il əvvəl paylaşdığı postun şərh bölməsində yazıb.
“Mən 2 il əvvəl demişdim ki, Ukrayna sülhə can atmalıdır, əks halda ağır itkilər verəcək. Sonuncu variant Zelenskinin seçimi idi. İndi o, bunu yenidən etmək istəyir. Bu, qəddar və qeyri-insanidir”, – Mask bildirib.
Qeyd edək ki, İlon Mask daha əvvəl də Ukraynada davam edən müharibə ilə bağlı mübahisəli açıqlamaları ilə gündəmə gəlib.