
Bu gün – martın 2-də Londonda keçiriləcək Avropa sammiti münaqişə həll olunandan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərbi “xoş niyyətli koalisiya”nın yaradılması məsələsinə həsr olunacaq.
Yeniavaz.com xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keir Starmer BBC-yə müsahibəsində deyib.
O bildirib ki, sammit iştirakçıları uzunmüddətli sülhə nail olmaq üçün Ukraynanın təhlükəsizliyini təmin etmək yollarını müzakirə edəcəklər.
Starmer qeyd edib ki, söhbət bütün NATO-ya üzv ölkələrin deyil, yalnız orada iştirak etmək arzusunu ifadə edən dövlətlərin daxil olacağı xoş niyyətli koalisiyanın yaradılmasından gedir.
Starmerin sözlərinə görə, indiyə qədər Böyük Britaniya və Fransa bu məsələnin müzakirəsində daha da irəliləyiblər.