İsrail Qəzzaya humanitar yardım aparılan bütün yolları bağladı


İsrail ordusu Qəzza zolağına humanitar yardımların daşınmasını əngəlləyib və bütün keçid məntəqələrini bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, humanitar yüklərin çatdırılması HƏMAS-ın ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun danışıqları davam etdirmək planını qəbul etməkdən imtina etməsi ilə əlaqədar dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top