HƏMAS İsraili Qəzza razılaşmasını yerinə yetirməməkdə ittiham edir


HƏMAS hərəkatı İsrail hakimiyyətini Qəzza zolağında atəşkəs razılaşmasından yayınmaqda ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Mahmud Mərdavi İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatını şərh edərkən danışıb.
Qətərin “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, Mərdavi açıqlamasında belə deyib:
“Netanyahunun ofisinin son bəyanatı işğalçı hakimiyyətin imzaladıqları müqavilələrdən dəfələrlə yayındığını təsdiqləyir. İsrailin davam edən manipulyasiyaları məhbusları ailələrinə qaytarmayacaq, əksinə, onların həyatlarını təhlükəyə atacaq. Müqaviləni həyata keçirməyin yeganə yolu onun atəşkəs, qoşunların tam çıxarılması və Qəzza zolağının yenidən qurulmasını əhatə edən ikinci mərhələsinin həyata keçirilməsinə başlamaqdır”.
Qeyd edək ki, Netanyahunun ofisi daha əvvəl bəyan edib ki, İsrail “Whitkoff” planını qəbul edir və bu plana görə, HƏMAS yaşayan girovların yarısını azad edəcək və ölənlərin cəsədlərini qaytaracaq. Həmçinin sonda daimi atəşkəs haqqında razılıq əldə olunarsa, qalan girovlar azad ediləcək. Baş Nazirlik bəyan edib ki, HƏMAS Amerikanın xüsusi nümayəndəsinin təklifini qəbul edərsə, İsrail dərhal “Whitkoff” planının bütün detalları ilə bağlı danışıqlara başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top