
“Vasitəçilər hazırda Fələstinin HƏMAS hərəkatı ilə martın 2-də başlayacaq Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar aparmır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Hazem Qasem məlumat verib.
“Müqavimət və vasitəçilər tərəfindən imzalanan atəşkəs razılaşmasının birinci mərhələsi bu gün başa çatır. İkinci mərhələ üzrə danışıqlar atəşkəsin 16-cı günündə başlamalı idi, lakin bu, İsrailin razılaşmaları dəfələrlə pozan mövqeyinə görə baş tutmadı. Hazırda HƏMAS ilə ikinci mərhələ üzrə danışıqlar aparılmır, ikinci mərhələ üzrə qarşılıqlı əlaqə yoxdur”, - o, Qətərin “Əl Ərəbi” telekanalında bildirib.
Qasem vurğulayıb ki, HƏMAS Qəzzada ardıcıl üç mərhələni nəzərdə tutan atəşkəs razılaşmasını yerinə yetirməyə sadiqdir.