“Əl Nəsr” İrandakı matçı təxirə salmaq istəyir – Ronaldoya görə narahatdır


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası Asiya Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İranın “İstiqlal” komandası ilə Tehranda keçiriləcək matçın neytral yerə köçürülməsini xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin sözlərinə görə, belə bir müraciətə səbəb klubun portuqaliyalı hücumçu Kriştiano Ronaldonun həyatı və təhlükəsizliyi ilə bağlı narahatlığı olub. Bu, 2023-cü ilin sentyabrında “Əl-Nəsr”in Tehranda “Persepolis”lə (2:0) oyunu zamanı baş vermiş insidentlə bağlıdır. O zaman yerli azarkeşlər Ronaldonun otelinə girməyə çalışıb.
Asiya Futbol Konfederasiyası klubun tələbini rədd edib. Qarşılaşma nəzərdə tutulduğu kimi martın 3-də “Azadi” stadionunda baş tutacaq. Ronaldonun bu matça gedib-getməyəcəyi bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top