
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra “Fox News” telekanalına müsahibə verib.
Yeniavaz.com xəbər verir ki, Tramp Zelenskini “sülhə hazır olmamaqda” və “sevimli Oval kabinetdə” ABŞ-yə hörmətsizlik göstərməkdə ittiham edib.
“Bu münasibət iki prezidentin hüdudlarından kənara çıxır. Bu, tarixi münasibətdir, xalqımız arasında möhkəm bağlardır. Ona görə də, mən həmişə... xalqımızdan xalqınıza təşəkkürlə başlayıram”, - Zelenski “Fox News”a deyib.
“Əlbəttə, biz prezidentə və Konqresə minnətdarıq. Amma hər şeydən əvvəl sizin xalqınıza”, - Zelenski bildirib.
O, münaqişənin “hər iki tərəf üçün yaxşı olmadığını” etiraf etsə də, “səhv bir şey etdiyinə” əmin olmadığını bildirib.