Tramp Zelenski ilə dialoqa qayıtmaq üçün şərtlərini açıqladı


“Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini tənqid etməyi dayandırmalı və sülhə nail olmaq istədiyini bəyan etməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə Zelenski ilə dialoqa qayıtmaq üçün şərtləri açıqlayarkən bildirib.
“Onun orada dayanıb Putin haqqında danışmasına ehtiyac yoxdur... O, “Mən barışmaq istəyirəm” deməlidir”, - Ağ Ev rəhbəri Vaşinqtonda Zelenski ilə mübahisəsindən sonra vurğulayıb.
Tramp diqqəti ABŞ-nin dəstəyi olmadan Kiyevin qalin gələ bilməyəcəyinə, Ukraynada atəşkəsə elə indi də nail ola biləcəyinə yönəldib.
Qeyd edək ki, ABŞ paytaxtında Tramp və Zelenski arasında mübahisənin əsas mövzusu Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivləri olub. Ağ Evin rəhbəri Ukrayna Prezidentini məsuliyyətsiz yanaşmada ittiham edərək, onun hərəkətlərinin milyonlarla insanın həyatını riskə atdığını və həmçinin üçüncü dünya müharibəsi səviyyəsinə qədər eskalasiya təhlükəsi yaratdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top