Zelenski Trampla mübahisəsindən sonra ilk dəfə açıqlama verdi


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı mübahisə etdikdən sonra ilk dəfə açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna Prezidenti sosial şəbəkə hesabında ABŞ-yə dəstəyinə görə təşəkkür edib.
“Təşəkkür edirəm, Amerika, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. Prezidentə, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz bunun üçün çalışırıq”, - Zelenski yazıb.
Qeyd edək ki, Zelenski Trampla Ağ Evin Oval otağında keçirilən görüşdə ölkə başçısı və vitse-prezident C.D.Venslə açıq şəkildə mübahisə edib. Öz növbəsində, ABŞ Prezidenti Zelenskini hörmətsizlikdə ittiham edib və “Fox News”un mənbələrinə görə, onu Ağ evdən qovub.

DİGƏR XƏBƏRLƏR

Top