
“ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisəsindən sonra Ukrayna nümayəndə heyəti dialoqun bərpası üçün yalvarıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən “Fox News”un jurnalisti Ceki Haynrik məlumat yayıb.
“Tramp Zelenskini qovub. O, öz istəyi ilə getmədi. Ukraynalılar yenidən görüş üçün yalvardılar, lakin ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals onlara dedilər ki, Zelenski Ağ Evi tərk edib sülhə hazır olanda qayıtmalıdır”, - Haynrik deyib.