Tbilisi hava limanında təxliyə elan edildi


“Tbilisi Beynəlxalq Hava Limanında şəxsi heyətin və sərnişinlərin təxliyyəsi elan edilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı məlumat yayıb.
Bildirilib ki, hava limanına ehtimal olunan partlayıcı qurğu ilə bağlı zəng daxil olub.
TASS ölkənin Daxili İşlər Nazirliyindən şərh istəyib, lakin nazirlik sorğunu Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) göndərib. DTX ​​mətbuat xidməti yerli mediaya bildirib ki, onlar protokolda nəzərdə tutulan işləri həyata keçirirlər.

DİGƏR XƏBƏRLƏR

Top