Tramp və Zelenski mübahisə etdi – Video


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, Zelenski Ukraynaya təhlükəsizlik zəmanəti verməli və Kiyevi danışıqlar prosesinə fəal şəkildə daxil etmə zərurətindən danışdıqdan sonra Tramp Ukrayna Prezidentini tənqid etməyə başlayıb.
ABŞ Prezidentinin sözlərinə görə, Zelenskinin Amerikanın nə hiss edəcəyini diktə etmək hüququ yoxdur:
“Siz müharibə başlayandan əlverişsiz vəziyyətdə olmusunuz. Siz minnətdar olmalısınız. İnsanlar ölür, sizin qoşununuz çatmır. Atəşkəs istəyib-istəmədiyinizi bizə deyə bilməzsiniz. İndi sizin kozırlarınız yoxdur... Milyonlarla insanın həyatı ilə oynayırsınız... Üçüncü dünya müharibəsi ilə oynayırsınız. Və sizin etdikləriniz bu ölkəyə qarşı hörmətsizlikdir”.
“Associated Press”in məlumatına görə, vitse-prezident C.D.Vens Ukrayna Prezidentinin Oval kabinetdə Amerika lideri ilə medianın qarşısında mübahisə edərək ona hörmətsizlik etdiyini dedikdən sonra Tramp Zelenski ilə mübahisəyə başlayıb.
Görüş zamanı Zelenski bildirib ki, Rusiya daha əvvəl belə razılaşmaları pozduğu üçün Ukraynaya atəşkəsdən daha çox şey lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top