“Tramp ingilis dilini ABŞ-nin rəsmi dili etməyi planlaşdırır” – WSJ


“ABŞ Prezidenti Donald Tramp ölkə tarixində ilk dəfə ingilis dilini rəsmi dilə çevirəcək sərəncam imzalamağı planlaşdırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, bu sərəncam prezident Bill Klintonun (1993-2001) verdiyi və federal maliyyə alan agentliklər və digər təşkilatların ingiliscə bilməyənlərə dil yardımı göstərməsini tələb edən federal mandatı ləğv edəcək. Bununla belə, nəşr tərəfindən əldə edilən Ağ Ev sənədində deyilir ki, agentliklər hələ də bir çox dildə sənədlər və xidmətlər təqdim edə biləcəklər.
Rəsmi dilin təyin edilməsi qərarının birlik arzusu, hökumətin səmərəliliyinin artırılması və vətəndaş fəallığı ilə izah olunur.
ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, amerikalıların 78%-dən çoxu gündəlik həyatlarında yalnız ingilis dilində danışırlar. Bununla belə, milyonlarla Amerika vətəndaşı və ölkəyə köçmüş insanlar İspan və Çin kimi başqa dillərdə də danışırlar. Bundan əlavə, ABŞ-də danışılan onlarla yerli Amerika dilləri var.

DİGƏR XƏBƏRLƏR

Top