Kloppu təhqir edən hakim 2026-cı ilə qədər kənarlaşdırıldı


İngiltərə hakimi Devid Kutun UEFA tərəfindən 2026-cı ilin yayına qədər yarışda iştirakına qadağa qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” internet nəşri məlumat yayıb.
Avropa Futbol Assosiasiyaları İttifaqı vurğulayıb ki, Kut futbolun və xüsusilə UEFA-nın nüfuzuna xələl gətirdiyinə və ləyaqətli davranışın əsas qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
Xatırladaq ki, ötən ilin dekabrında Kut PGMOL (İngiltərə Peşəkar Hakimlər Assosiasiyası) tərəfindən aparılan araşdırmadan sonra istefaya göndərilib. Noyabr ayında internetdə hakimin şəxsi söhbətində “Liverpool”un keçmiş meneceri Yurgen Klopp haqqında təhqiramiz fikirlər söylədiyini əks etdirən video yayılıb.
Daha sonra UEFA David haqqında araşdırmaya başlayıb. Hakimin 2024-cü il Avropa çempionatını idarə edərkən qadağan olunmuş maddələrdən istifadə etdiyi iddia edilib. 

DİGƏR XƏBƏRLƏR

Top