
ABŞ-nin “Citigroup” bankı təsadüfən müştərinin hesabına 81 trilyon dollar pul köçürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, müstəriyə yalnız 280 dollar köçürmək lazım idi.
Səhv bankdaxili ödəniş 2024-cü ilin aprelində edilib, lakin bu, təxminən bir ildən sonra məlum olub. Eyni zamanda, nəşr qeyd edir ki, nə ödənişi həyata keçirən işçi, nə də əməliyyatları yoxlamalı olan ikinci vəzifəli şəxs səhvin fərqinə varmayıb. Şübhəli ödənişi yalnız bir saat yarım sonra üçüncü bank işçisi aşkar edib, bir neçə saat sonra köçürmə ləğv edilib.