Azərbaycana ən çox valyuta gətirən 10 özəl şirkət – Siyahı


Bu ilin yanvar ayı ərzində Azərbaycandan 245,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artıb.
İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21,1 milyon dollar) birinci, karbamid (21 milyon dollar) ikinci, xurma (19,3 milyon dollar) üçüncü, pomidor (14,7 milyon dollar) dördüncü, fındıq isə (13,9 milyon dollar) beşinci olub.
Bu ilin yanvar ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulu ixrac edən özəl şirkətlərin ilk onluğu aşağıdakı kimi olub:
“AIMKL”nin Azərbaycandakı nümayəndəliyi – 8,9 milyon dollar;
“LEPIN LM” MMC – 6,4 milyon dollar;
“MKT İstehsalat Kommersiya” MMC – 5 milyon dollar;
“6LSYSTEMS” MMC – 5 milyon dollar;
“EXPORT STREAM” MMC – 4,2 milyon dollar;
“Baku Steel Company” MMC – 3,7 milyon dollar;
“Uytrop” MMC – 3,2 milyon dollar;
“AGRARCO” MMC – 2,8 milyon dollar;
“MİLK PRODUCTS” MMC – 2,7 milyon dollar;
“KHAN-EL” MMC – 2,4 milyon dollar.


Onu da bildirək ki, ötən illərdən fərqli olaraq bu il ən çox ixrac olunan qeyri-neft məhsulları arasında texnologiya məhsullar da yer alıb. “6LSYSTEMS” MMC yanvar ayı ərzində 5 milyon dollar dəyərində prosessor hesablama maşınları ixrac edib. Ötən ilin eyni dövründə bu göstərici cəmi 230 min dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top