
Dövlət Turizm Agentliyi ABŞ-nin məşhur CNN televizyası (“Cable News Network Inc” şirkəti - 51-0386049) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “Cable News Network Inc” şirkəti Dövlət Turizm Agentliyinə təbliğat xidməti göstərəcək və 1 milyon 190 min manat alacaq.
Qeyd edək ki, ötən ilin Dövlət Turizm Agentliyi Fransanın “Euronews” şirkəti (FR77387858046) ilə analoji satınalma müqaviləsi imzalayıb. Dövlət Turizm Agentliyi “Euronews” kanalına 1,7 milyon manat ödəyib.
Murad Məmmədov