Azərbaycanlı blogerin Rusiya vətəndaşlığı əlindən alındı – Ölkəyə girişi qadağan edildi


Rusiyada fəaliyyət göstərən “Subo” ləqəbli məşhur azərbaycanlı bloger Sübhan Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, o, özü haqqında yalan məlumat verdiyi üçün Rusiya vətəndaşlığından məhrum edilib.
“Araşdırma zamanı məlum olub ki, Sübhan Murad oğlu Məmmədov Rusiya vətəndaşlığını qəbul edərkən özü haqqında yalan məlumat verib. Bununla əlaqədar olaraq o, Rusiya vətəndaşlığından məhrum edilib”, - deyə agentliyin mənbəsi bildirib.
Nəşr yazır ki, blogerin Rusiyaya girişi də qadağan edilib.
Bildirilib ki, S. Məmmədovun Azərbaycan vətəndaşlığı da var və o, hazırda BƏƏ-dədir.
Qeyd edək ki, 25 yaşlı bloger “Subo”nun “İnstaqram”da 13,5 milyon izləyicisi var.

DİGƏR XƏBƏRLƏR

Top