Kadırov AZAL-ın sağ qalan təyyarə bələdçilərini mükafatlandıracaq

“təyyarə bakıya qayıtmaq istəyəndən sonra qroznı üzərində kənar səslər gəlib” – nazirlik
Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin bələdçiləri “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında məlumat yayıb.
“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini təltif etmək qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim ediliblər. Həlak olanların xatirəsinə xatirə lövhəsi qoyulacaq”, – o yazıb.
Xatırladaq ki, qəza ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

DİGƏR XƏBƏRLƏR

Top