
Azərbaycanda qızılın qiyməti 24 fevral tarixində maksimum səviyyəyə yüksəldikdən sonra ucuzlaşmağa başlayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 24 fevral tarixində qızılın bir unsiyası (31 qram) 4 999,4 manata yüksəlib.
Son 3 gündə isə qızılın qiymətində davamlı ucuzlaşma olub. Belə ki, qızılın bir unsiyası 25 fevral tarixində 4 993,4 manata, 26 fevralda 4 955,5 manata, bu gün – 27 fevral tarixində isə 4 924,5 manata düşüb.
Murad Məmmədov