
“Düşünürəm ki, biz Rusiya və Ukrayna ilə müqavilə bağlayacağıq. Biz danışıqlar apara biləcəyik ki, onlar insanları öldürməyi dayandırsınlar”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Putin çox ağıllı, çox hiyləgər adamdır. Mən çox pis adamlarla işləmişəm... Mən prezident seçilənə qədər o, müharibəni həll etməyə çalışmayıb”, - Tramp deyib.
Ölkə başçısı qeyd edib ki, Putin danışıqlarda güzəştə getməli olacaq:
“Biz Ukraynaya itirilmiş ərazilərinin bir hissəsini qaytarmağa kömək etməyə çalışacağıq, lakin bu, çətindir. Ukrayna NATO-nu unutmalıdır. Düşünürəm ki, hər şey NATO-ya görə başlayıb”.