Məşhur serialın yayımına qoyulan qadağa qaldırıldı


Halikarnas Balıqçısı kimi tanınan yazıçı Cevat Şakir Kabaağaçlının nəvələrinin açdığı iddia nəticəsində məhkəmə qərarı ilə yayımdan çıxarılan “Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar” serialının yayımına qoyulan qadağa qaldırılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Medyapım”, ailə və ailənin vəkili Aydın Kurban arasında keçirilən görüşlər nəticəsində tərəflər arasında razılıq əldə olunub.
İddia ərizəsi ilə məhkəməyə müraciət edən ailə üzvləri iddiadan imtina edib, ailənin iddiadan imtina etməsi səbəbindən məhkəmənin seriala qoyduğu yayım və çəkiliş qadağası aradan qaldırılıb.
Xatırladaq ki, daha öncə serial Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) tərəfindən cəzalandırılıb. RTÜK serialın cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunmasına zidd olduğunu bildirib. Daha sonra, ailə serialdan şikayət edib və dayandırılmasını tələb edib. 

DİGƏR XƏBƏRLƏR

Top