
“Azərbaycan Respublikasının Kino Agentliyi” ilə agentliyin tabeliyində fəaliyyət göstərən Bədii Şura üzvləri arasında satınalma müqaviləsi imzalanıb.
Yeniavaz.com xəbər verir ki, adları aşağıda qeyd olunan Bədii Şura üzvləri istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsini həyata keçirəcəklər.
Kino Agentliyi göstərdikləri xidmətlərin qarşılığında bu şəxslərin hər birinə bu ilin sonuna kimi 9 min 800 manat ödəyəcək:
Hüseynli Səbinə Vaqif qızı;
Rzayev Yavər Maarif oğlu;
Paşayev İlqar Əli oğlu;
Əliyev Rüstəm Qədim oğlu;
Camalov Vüqar Vaqif oğlu;
Mahmudov Abduləhəd Əliisa oğlu.
Elnur Əli