Maskın sərvəti bir gündə 22,2 milyard dollar azalıb


Son bir gündə dünyanın ən varlı adamlarının siyahısında ilk sırada olan İlon Maskın ümumi sərvəti  22,2 milyard dollar azalıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, hazırda "Tesla" və "SpaceX"in qurucusu, həmçinin “X” sosial şəbəkəsinin sahibi olan İlon Maskın ümumi sərvəti 358 milyard dollar təşkil edir.
Onu da bildirək ki, son günlər “Tesla” səhmlərinin qiyməti sürətlə aşağı düşür. “Tesla”nın bazar dəyəri son üç ayda ilk dəfə 1 trilyon dollardan aşağı düşüb. Şirkətin səhmləri 8,4% ucuzlaşaraq 302,8 dollar təşkil edib ki, bu da noyabrın 7-dən sonra ən aşağı səviyyədir. Gündəlik azalmada isə dekabrın 18-dən sonra ən böyük azalma qeydə alınıb. Buna “Tesla”nın Avropada satışlarının azalması xəbəri səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top