Tramp Finlandiya və İsveçi NATO-dan getməyə məcbur edə bilər


ABŞ Prezidenti Donald Tramp Rusiya naminə NATO üzvlərini ixtisar etməyə, Finlandiya və İsveçi NATO-dan çıxmağa məcbur edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Finlandiyanın Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı, analitik Yussi Lassila STT telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başlamazdan əvvəl Rusiya NATO-dan alyansın daha da genişləndirilməsindən imtina şəklində təhlükəsizlik zəmanəti tələb edib.
Həmçinin, Rusiya 1997-ci ildən sonra təşkilata qoşulan ölkələrdən, yəni Litva, Latviya, Estoniya, Polşa, Albaniya, Bolqarıstan, Şimali Makedoniya, Rumıniya, Slovakiya, Sloveniya və Monteneqrodan NATO silahlarının və bazalarının çıxarılması tələbini qoyub.
Lassila Trampın Rusiyaya güzəştə getmək üçün “görünməmiş bir istəyi” olduğunu və Rusiya prezidenti Vladimir Putinin NATO-dan 1997-ci il sərhədlərinə qayıtmasını tələb edəcəyi təqdirdə güzəştə getməyə hazır olduğunu bildirib.
Eyni zamanda, analitik Rusiyanın əsas məqsədləri kimi Amerika qoşunlarının Avropadan çıxarılmasını, kollektiv Qərbin dağılmasını və onun təhlükəsizliyinə təminat verilməsini göstərib.

DİGƏR XƏBƏRLƏR

Top