
Azərbaycanın milli valyutası – manat son bir ildə əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısında bahalanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın milli valyutasının məzənnəsi dollar qarşısında dəyişməz qaldığı üçün qeyd olunan ölkələrin milli valyutası qarşısında dəyəri artıb.
Son bir ildə manat ən çox Türkiyə lirəsi qarşısında bahalanıb. Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında manatın məzənnəsi lirə qarşısında 15,4% artıb.
Müqayisə üçün ötən ilin və bu ilin yanvar aylarında manatın dollar və əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısındakı orta məzənnəsini təqdim edirik:
Valyuta | Yanvar 2024 | Yanvar 2025 | Fərq |
ABŞ dolları | 1,7 azn | 1,7 azn | - |
Çin yuanı | 0,2374 azn | 0,2329 azn | 1,9 % |
Funt-sterlinq | 2,1621 azn | 2,1034 azn | 2,7 % |
Avro | 1,8575 azn | 1,7621 azn | 4,1% |
Belarus rublu | 0,5182 azn | 0,4889 azn | 5,7 % |
Gürcü larisi | 0,6360 azn | 0,5991 azn | 5,8 % |
Ukrayna qrivnası | 0,0449 azn | 0,0404 azn | 10 % |
Rusiya rublu | 0,0190 azn | 0,0166 azn | 12,6 % |
Türk lirəsi | 0,0566 azn | 0,0479 azn | 15,4 % |
Elnur Əli