Rusiya əhalisinin sayı sürətlə azalır – 1,2 milyon doğum, 1,8 milyon ölüm


Ötən il Rusiyada doğulanların sayı 3,4% azalaraq 2023-cü ildəki 1 milyon 264,9 min uşaqdan 1 milyon 222,4 minə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Rusiya Statistika Xidməti açıqlayıb.
Bildirilir ki, Rusiya ötən il ölənlərin sayı 3,3% artaraq 2023-cü ildəki 1 milyon 760,2 min nəfərdən 1 milyon 818,6 min nəfərə çatıb.
Nəticədə, 2024-cü ildə Rusiyada əhalinin təbii azalması (ölümlərin doğumdan çox olması) 2023-cü illə müqayisədə 20,4% artaraq 495,2 min nəfərə qarşı 596,2 min nəfər təşkil edib.
Statistika Xidmətinin məlumatına görə, Rusiya əhalisi 2025-ci ilin əvvəlində 2024-cü ilin əvvəlindəki 146 milyon 151 min nəfərdən 146 milyon 28 min nəfərə qədər azalıb. 

DİGƏR XƏBƏRLƏR

Top