
Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “News.am”a açıqlama verib.
“Biz Azərbaycanın sülh müqaviləsi ilə bağlı cavabını almışıq, lakin digər sahələrdə - kommunikasiya blokadasının qaldırılması və yoxlama mexanizmi ilə bağlı təkliflər cavabsız qalır”, - Ani Badalyan bildirib.