
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunda oynayan Kriştiano Ronaldo İspaniyanın məşhur "Valensiya" futbol klubunu satın almaq imkanını nəzərdən keçirir.
Yeniavaz.com TCR-yə istinadən xəbər verir ki, o, ispan klubunu Səudiyyə Ərəbistanı şahzadəsi Salmanla birlikdə almağı planlaşdırır.
Valensiya hazırda sinqapurlu iş adamı Peter Limə məxsusdur. Onun klubu idarə etməsi komandanın son illərdə ciddi uğur qazanmamasından narazı olan azarkeşlər tərəfindən tənqid olunub.
Qeyd edək ki, şahzadə Salman İngiltərənin "Nyukasl Yunayted" klubunu 2021-ci ildə satın aldıqdan sonra komanda heyətini xeyli təkmilləşdirib və Çempionlar Liqasına vəsiqə qazanıb.
Bildirilir ki, Ronaldo növbəti il yarımda karyerasını bitirmək niyyətində deyil, lakin onun artıq gələcək fəaliyyəti ilə bağlı planları var. Portuqaliyalı futbolçu uzun müddətdir ki, uğurlu iş adamı kimi də tanınmaqdadır. O, öz CR7 brendini inkişaf etdirir, otel biznesinə və özəl sektora sərmayə qoyur.