20 dərəcə şaxta, qar... – Xəbərdarlıq


Fevralın 26-dan başlayaraq hava şəraiti pisləşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.
“Havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.
Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top