
Abşeron rayonu Saray qəsəbəsində zəncirvari qəza olub.
Yeniavaz.com xəbər verir ki, “Chevrolet Camaro” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı məsafə və sürəti düzgün seçməyib və öndə gedən “Range Rover”ə çırpılıb.
Həmin avtomobil də qarşıdakı “Mitsubishi L200” markalı maşını əzib.
Nəticədə avtomobillərə xeyli ziyan dəydiyi bildirilir.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.