Ən çox hansı şəhərlərə qar yağır? – Siyahı


Son günlər ölkəmizə və xüsusi ilə paytaxt Bakıya yağan qar ən çox müzakirə olunan mövzuya çevrilib. Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-nə olan məlumatına görə, qar örtüyünün hündürlüyü maksimal olaraq Zaqatalada (Əlibəy) 82 sm qeydə alınıb. Bakıda və Abşeron yarımadasında 6 sm olub.
Bəs görəsən dünyada ən çox qar hansı şəhərlərə yağır?
Yeniavaz.com şəhərlərə düşən qarın illik orta miqdarının statistikasını təqdim edir:
1-ci yer - Aomori, Yaponiya
İldə orta hesabla 6,60 metr qar yağır. Rekord 1986-cı ildə olub, qarın hündürlüyü 12,63 metrə çatıb.
2-ci yer - Sapporo, Yaponiya
Orta hesabla qarın hündürlüyü ildə 5,97 metrdir və rekord göstərici (6,80 metr) 1996-cı ildə qeydə alınıb.
3-cü yer - Toyama, Yaponiya
Toyamada ildə orta hesabla 3,63 metr qar yağır.
4-cü yer - Sent Cons, Kanada
Orta hesabla qarın hündürlüyü ildə 3,35 metrə çatır, rekord isə 2001-ci ildə olub və hündürlük 5,98 metrə çatıb.
5-ci yer - Kvebek, Kanada
Qarın orta hündürlüyü ildə 3,03 metrdir. Rekord 2005-ci ildə 5 metr hündürlüklə qeydə alınıb.
6-cı yer - Sirakuza, ABŞ
Qar rekordu 1993-cü ildə 4,88 metrlə olub. İllik orta hündürlük 2,97 metr təşkil edir.
7-ci yer - Saguenay, Kanada
Saguenayda ildə orta hesabla 3,12 metr qar yağır.
8-ci yer - Akita, Yaponiya
Akitada qarın qalınlığı ildə 2,72 metrdir. Şəhər ilin günlərinin 66%-nin yağış və ya qar yağması ilə məşhurdur.
9-cu yer - Roçester, ABŞ
Rekord 1960-cı ildə qeydə alınıb və 4,11 metr təşkil edib. Şəhərdə orta göstərici ildə təxminən 2,53 metr təşkil edir.
10-cu yer - Buffalo, ABŞ
Orta hesabla qarın hündürlüyü ildə 2,73 metr olur. Rekord 2014-cü ildə 3,09 metrlə qeydə alınıb.
Qeyd edək ki, şimal qonşumuz olan Rusiyanın qar örtüyünün hündürlüyünə görə ilk 3 şəhəri Çelyabinsk (181 sm), Perm (143 sm) və Nijni Novqorod (126 sm) olub.

Nazlı Rəcəbova 

DİGƏR XƏBƏRLƏR

Top