“El Mayo” ölüm cəzası olmasa, törətdiyi cinayətləri etiraf edəcəyini bildirib


Meksikalı narkobaron İsmael “El Mayo” Zambada, razılaşma onu ölüm cəzasından azad etsə, ABŞ-də prokurorlarla sövdələşməyə və günahını etiraf etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili “Reuters” agentliyinə məlumat verib.
Ötən ilin sentyabr ayında Zambada Nyu-York federal məhkəməsində narkotik alveri, çirkli pulların yuyulması və silah ittihamı da daxil olmaqla 17 ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəməyə qədər həbsdədir.
“Cənab Zambada məhkəməyə getmək istəmir və ölüm cəzası olmayan bir ittihama görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır”, - vəkil Frank Peres deyib.
İttihamları irəli sürən Bruklindəki ABŞ prokurorluğunun sözçüsü şərh verməkdən imtina edib.
Qeyd edək ki, 77 yaşı olan Zambada, keçən iyul ayında Quzmanın oğullarından biri Xoakin Quzman Lopezlə birlikdə Nyu-Meksiko aerodromunda saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top