“Ukraynadakı müharibəni bir neçə həftəyə bitirə bilərik” – Tramp


ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin bir neçə həftə ərzində bitəcəyini gözlədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronla jurnalistlərə danışarkən deyib.
“Düşünürəm ki, biz bunu bir neçə həftə ərzində başa çatdıra bilərik. Ağıllı olsaq. Ağıllı olmasaq, bu belə davam edəcək və ölməməli olan gənc, gözəl insanları itirməyə davam edəcəyik. Və biz bunu istəmirik, - Tramp deyib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, o, münaqişənin daha da genişlənməsinə və üçüncü dünya müharibəsinin başlamasına imkan vermək istəmir:
“Biz bununla özümüz məşğul olmasaq, bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Elə bir zaman gələcək ki, müharibə artıq bu iki ölkə ilə məhdudlaşmayacaq. Digər ölkələr də buna cəlb olunacaq. Və bu, həqiqətən də çox böyük müharibəyə - üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Biz bunun baş verməsinə icazə verməyəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top