Türkiyə Ukraynanın NATO üzvlüyünə etiraz etmir – Fidan


“Türkiyə hakimiyyəti Ukraynanın NATO-ya daxil olmasına etiraz etmir, lakin bununla belə məsələnin həllinə praqmatik yanaşmağa çağırır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Bloomberg TV” yə müsahibəsində deyib.
“Biz Ukraynanın NATO-ya üzv olmasına etiraz etmirik, amma biz realist olmalıyıq”, - nazir qeyd edib.
Fidan əlavə edib ki, Türkiyə rəhbərliyi Ukraynanın alyansa üzv olmasını rəsmən dəstəkləyir.

DİGƏR XƏBƏRLƏR

Top