Aİ-dən Qazaxıstan, Türkiyə və Özbəkistan şirkətlərinə sanksiya


Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında qeyd edilib.
Xüsusilə, aşağıdakılar məhdudiyyətlərə məruz qalıb:
- 48 fiziki və 35 hüquqi şəxs.
- Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla 53 şirkətə “Ukraynaya qarşı münaqişədə Rusiyaya yardım etmək” iddiası ilə sanksiya tətbiq edilib.
- Rusiyanın kölgə donanmasının bir hissəsi olduğu iddia edilən 74 gəmiyə məhdudiyyət qoyulub.
- Rusiyanın səkkiz media orqanının Avropada yayımı qadağan edilib.
- Rusiyanın 13 bankı SWIFT ödəniş sistemindən çıxarılıb.
- Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edilib.
- Avropa şirkətlərinə Rusiyanın bəzi limanları və hava limanları ilə əməliyyatlar qadağan edilib.
- İlkin alüminiumun idxalına qadağa qoyulub. Məhdudiyyətlərə kimyəvi maddələr, bəzi plastik və kauçuk növləri də daxildir. Həmçinin, ictimai iğtişaşları yatırmaq, eləcə də, dronları idarə etmək üçün istifadə edilən xloropikrin üçün xrom birləşmələri və kimyəvi prekursorların tədarükünə məhdudiyyətlər qoyulub.
- Oyun konsollarının ixracı qadağan edilib.
- Avropa şirkətlərinə təyyarə və aviasiya texnologiyalarının ixracına qadağa qoyulub.
- Neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların təchizatına yeni məhdudiyyətlər tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top