
Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb:
“Fevralın 25-i günün ikinci yarısınından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək”.