Bu tarixdə Bakıda 8 dərəcə şaxta olacağı gözlənilir


Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir.
Belə ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top