Hizbullahın keçmiş lideri ölümündən beş ay sonra dəfn edilib


Beş ay əvvəl öldürülən Hizbullah lideri Həsən Nəsrullahla fevralın 23-də Beyrutda vida mərasimi keçirilib.
Yeniavaz.com
“Associated Press”ə istinadən xəbər verir ki, mərasimə xaricdən 400-dən çox siyasi və dini xadim, o cümlədən parlament sədrinin başçılıq etdiyi İran nümayəndə heyəti qatılıb.
Ötən il sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanda Hizbullah hərəkatının hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatı”na başladığını elan etdi. Livanın sərhəd bölgəsi və Beyrutun cənubu atəşə tutulsa da, Livan silahlı qüvvələri döyüş əməliyyatlarına girməyib. İsrail ordusunun hücumları Hizbullahın infrastruktur obyektlərini hədəf alıb.
Sentyabrın 28-də Hizbullah lideri Həsən Nəsrullahın İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin Beyrutun cənubunda təşkilatın yeraltı qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyü məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top