Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə gediblər? – Tam siyahı


Ötən il turizm məqsədi ilə xarici ölkələrə 1 milyon 365 min 589 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının 22 min 595 nəfəri və ya 1,6%-i xarici ölkələrə dini ziyarət məqəsdi ilə gedib.
Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 11 899 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər.
Azərbaycan vətəndaşları ötən il dini ziyarət üçün aşağıdakı ölkələrə səfər ediblər:
Səudiyyə Ərəbistanı – 11 899 nəfər
Türkiyə – 3 473 nəfər
Birləşmiş Ərəb Əmirlikləri – 2 676 nəfər
Rusiya – 2 068 nəfər
İran – 973 nəfər
İraq – 908 nəfər
Gürcüstan – 236 nəfər
Qazaxıstan – 207 nəfər
İsrail – 58 nəfər
Özbəkistan – 47 nəfər
Qətər – 23 nəfər
Küveyt – 1 nəfər
Digər ölkələr – 26 nəfər

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top