Van Persi “Feyenoord”un baş məşqçisi təyin edildi


Hollandiya milli komandası tarixinin bombardiri Robin van Persi “Feyenoord”un baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Van Persinin müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
“Hamı bilir ki, mənim “Feyenoord” ilə xüsusi əlaqəm var və mən komanda ilə işləməyi və birlikdə uğur qazanmağı səbirsizliklə gözləyirəm”, - deyə van Persi bildirib.
Qeyd edək ki, 41 yaşlı van Persi 2024-cü ildən Hollandiyanın “Heerenveen” klubunu çalışdırır. Van Persi 2001-2004 və 2018-2019-cu illərdə oynadığı “Feyenoord”un yetirməsidir və komanda ilə 2002-ci ildə Hollandiya Kuboku və Superkubokunu, həmçinin UEFA Kubokunu qazanıb. Hollandiyalı həmçinin Türkiyənin “Fənərbaxça”, İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klublarında da çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top