Gündüz yuxusu beynin problem həll etmə bacarıqlarını artırır


Gündüz yuxusu beynin problemləri həll etmək qabiliyyətini artırır və bu prosesdə REM yuxu mərhələsi (Rapid Eye Movement –yuxu dövrlərinin bir mərhələsidir və tez-tez yuxu görmə, sürətli göz hərəkətləri və əzələ iflici kimi simptomlarla xarakterizə olunur) əsas rol oynayır .​​​​​​​​​​​​​​​​​​​
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Journal of Sleep Research” (JSR) jurnalında dərc olunan Texas Dövlət Universitetinin alimlərinin araşdırmasında bildirilir.
Qeyd olunub ki, təcrübə zamanı 58 nəfər əvvəlcə onlar üçün hazır həll yolları təqdim olunmuş problemləri həll edib. Daha sonra isə oxşar problemlər onlara həll yolları təqdim olunmadan verilib. Bundan sonra iştirakçıların yarısı gün ərzində 110 dəqiqə yatıb , qalanları isə oyaq qalıb. Hamı problemləri həll etməyə başladıqda məlum olub ki, yatanlar əvvəllər onlara çətin gələn problemləri daha asan həll ediblər.
Bildirilib ki, təcrübənin təsiri REM yuxu mərhələsində daha çox vaxt keçirənlərdə xüsusilə nəzərə çarpıb:
“Tədqiqatçılar hesab edirlər ki, bu vəziyyətdə beyin yeni təcrübələri mövcud biliklərlə daha aktiv şəkildə əlaqələndirir və bu, gələcəkdə oxşar vəzifələrin öhdəsindən daha yaxşı gəlməyə kömək edir. Birbaşa səbəb-nəticə əlaqəsi hələ sübut olunmasa da, tədqiqatın nəticələri yuxunun yaradıcı düşüncəni və zehni çevikliyi yaxşılaşdırdığını göstərən daha böyük elmi mənzərəyə uyğun gəlir”.

DİGƏR XƏBƏRLƏR

Top