
88 yaşlı Roma Papası Fransisk fevralın 14-dən ikitərəfli pnevmoniya və astmatik bronxit də daxil olmaqla tənəffüs yoluxucu infeksiyanın ağırlaşması səbəbindən Romadakı Gemelli Xəstəxanasına yerləşdirilib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, son məlumatlara görə, onun uzun sürən tənəffüs böhranından sonra vəziyyəti ağırdır.
Vatikandakı mənbə bildirib ki, Papa Fransiskin vəziyyəti hələ də kritikdir və dünən olduğundan daha pisdir:
“Ona qan köçürülüb. Qanköçürmə anemiya ilə əlaqəli olan trombositlərin sayının aşağı olması səbəbindən zəruri hesab edilib”.
Xatırladaq ki, bir neçə gün nəfəs almaqda çətinlik çəkən Papa ilk dəfə fevralın 14-də xəstəxanaya yerləşdirilib. Roma Katolik Kilsəsinin rəhbəri olduğu 12 il ərzində o, bir neçə dəfə, o cümlədən 2023-cü ilin martında bronxit səbəbilə üç gecə xəstəxanada qalıb.