İsrail fələstinli məhbusları azad etməyi təxirə saldı – HƏMAS-dan bəyanat


Fələstinin HƏMAS hərəkatı vasitəçiləri və bütün beynəlxalq ictimaiyyəti şənbə günü azad edilməli olan fələstinli məhbusları azad etmək üçün İsrailə təzyiq göstərməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, HƏMAS nümayəndəsi İzzət ər-Rişkanın müvafiq bəyanatı hərəkatın “Telegram” kanalında dərc olunub.
“HƏMAS İsrailin fələstinli məhbusların azad edilməsini təxirə salmaq qərarını qətiyyətlə pisləyir. Bu addım qarşı tərəfin razılaşmanın şərtlərinə əməl etmək istəmədiyini bir daha nümayiş etdirir. Biz vasitəçilərdən və bütün beynəlxalq ictimaiyyətdən İsrailə təzyiq göstərməyi və onu məhbuslarımızı heç bir gecikmə olmadan həbsdən azad etməyə məcbur etməyi tələb edirik”, - bəyanatda deyilir.
Əl-Rişka hesab edir ki, İsrail hakimiyyətinin fələstinlilərin həbsxanalardan azad edilməsini təxirə salmaq qərarı sövdələşməni pozmaq üçün qəsdən cəhddir. O bildirib ki, hərəkat İsrail tərəfinin israilli girovların azad edilməsi mərasimlərinin alçaldıcı olması ilə bağlı ittihamlarını əsaslı hesab etmir.
Qeyd edək ki, ötən gecə İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanat yayıb. Sənəddə bildirilir ki, İsrail fevralın 22-də 600-dən çox fələstinli məhbusun həbsdən azad edilməsini HƏMAS Qəzza zolağındakı israilli girovların azad edilməsi ilə bağlı mərasimləri ləğv edənə qədər təxirə salmağa qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top