
““Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola cari mövsüm başa çatdıqdan sonra klubu tərk etmək niyyətindədir və digər komandalardan təklif gözləyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Footmercato”nun jurnalisti Xosep Pedrerol məlumat yayıb.
Bildirilib ki, ispan çalışdırıcı ötən yay İngiltərə Premyer Liqasını tərk etmək istəyib. Qvardiola İngiltərə yığmasına rəhbərlik etməyi planlaşdırsa da, bu vəzifəyə alman mütəxəssis Tomas Tuxel təyin olunub.
Klubun baş məşqçisi artıq karyerasını davam etdirmək üçün heç bir seçimi olmadığı üçün İngiltərə klubunun sükanı arxasında qalmağa qərar verib.
Qeyd edək ki, Qvardiolanın yetirmələri son oyununda Çempionlar Liqasının 1/16 final mərhələsinin cavab oyununda İspaniyanın “Real Madrid”inə uduzaraq (1:3) turniri tərk edib.