Peris Hilton Kaliforniya meşə yanğını qurbanlarına kömək etmək üçün əşyalarını satır


Müğənni Peris Hilton Kaliforniya yanğınlarında zərər çəkənlərə kömək etmək üçün əşyalarını satıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “PageSix” məlumat yayıb.
Hilton “Vestiaire Collective” platformasında satış üçün qarderobundan əşyalar yerləşdirib. Əşyaların satışından əldə edilən gəlir, fəlakətlərdə evləri və əmlakı yananlara kömək edən “11:11 Media Impact” qeyri-kommersiya təşkilatına bağışlanacaq.
“Bu kolleksiya çoxlu xatirələr saxlayan şəxsi xəzinələrlə doludur! Çox mənalı şeylərdən ayrılmaq həmişə çətindir. Amma gəlirin xeyriyyəçiliyə gedəcəyini bilmək arxayınçılıq yaradır”, - Hilton yazıb.
Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub. Yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Yanğın 12 300-dən çox evi, o cümlədən prestijli ərazilərdə məşhurların mülklərini məhv edib. Son məlumatlara görə, 24 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top