“Zelenski ABŞ ilə müqavilə imzalamağa hazır deyil” – “Sky”


“Ukrayna Prezidenti Volodimir Zelenski hələ ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamağa hazır deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı Zelenskiyə yaxın mənbəyə istinadən məlumat yayıb.
“Saziş hələ imzalanmağa hazır deyil, bir neçə problemli məqam var. Zelenski təklif olunan şərtləri indiki formada qəbul etməyə hazır deyil”, - telekanalın mənbəsi bildirib.
Onun sözlərinə görə, hazırkı məqamda saziş layihəsi tərəflər arasında tərəfdaşlığı əks etdirmir və yalnız Ukrayna tərəfdən birtərəfli öhdəlikləri ehtiva edir.
Qeyd edək ki, bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti tərəflərin demək olar ki, kompromis əldə etdiyini və müqavilənin fevralın 22-də imzalana biləcəyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top