“Real Madrid” futbolçusuna 1 milyard avro təklif oluna bilər


“Real Madrid”in və Braziliya millisinin vingeri Vinisius Cunior karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Bildirilib ki, ölkə rəhbərliyi 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququ əldə etdikdən sonra diqqəti yaşı 25-dən az olan gənc futbolçulara yönəltməklə, dünya futbol ulduzlarına investisiya proqramını davam etdirmək niyyətindədir. Vinisiusun transfer təklifi cənubi amerikalının “Real Madrid”lə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməsə, həyata keçirilə bilər.
Bu mövsüm Vinisius bütün turnirlərdə 28 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top