
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın bir neçə gün ərzində Tehrana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi açıqlama verib.
“Bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana gələcək. Rusiya xarici işlər nazirinin səfəri İranla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı və dünyada və regionda baş verən hadisələrlə bağlı məsləhətləşmələri davam etdirmək məqsədi daşıyır”, - Bəqayi bildirib.
Məlumata görə, Lavrovun iranlı həmkarı Abbas Əraqçi və İslam Respublikasının digər rəsmiləri ilə görüşləri nəzərdə tutulub.