
Fransanın “Le Point” jurnalı “Yeni Dünya Nizamı - 2025” adlı xüsusi buraxılışının üz qabığında yeni dünya nizamını formalaşdıracaq dörd liderin rəsmini yerləşdirib.
Yeniavaz.com xəbər verir ki, fransız jurnalı Ərdoğanı yeni dünya nizamını formalaşdıracaq dörd liderdən biri kimi təqdim edib.
Jurnalının üz qabığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Şi Cinpin də yer alıb.
Jurnal yeni dünya nizamının əsas aktyorlarının Ərdoğan, Tramp, Putin və Si Cinpin olduğunu vurğulayıb.
2025-ci ildə beynəlxalq güc balansının dəyişdiyinə diqqəti cəlb edən jurnalın üz qabığında döyüş təyyarəsi, peyk, tank, ABŞ və dünya xəritəsi də yer alıb.
